Artıq YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi"nin II Oğuz turunun iştirakçıları "AFRA" hotelindədirlər. SİA-nın xəbərinə görə, iştirakçılar nahardan sonra quruplara bölünüblər. İştirakçılar "İlhamla İrəli", "Güclü Lider", "Qələbə" qruplarına bölünərək günün ən güclüsü olmağa çalışacaqlar.
YAP-ın Mərkəzi Aparatının əməkdaşı Emil Abbasov, YAP GB Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP GB-nin Layihələr üzrə kordinatoru Leyla Kərimova iştirakçılara tövsiyyələrini veriblər.
Daha sonra gənclər axşam saatlarında interaktiv oyunlarda iştirak edəcəklər.
Qeyd edək ki, günün sonunda YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının gənclərlə görüşü gözlənilir.