Bu gün mətbuatda xəbər yayıldı ki, müxalifətin seçkiqabağı yaratdığı Milli Şura blokunun Azərbaycanda 2013-cü ildə prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov Rusiya vətəndşalığından imtina etməyə hazırlaşır.
Bu faktın özü göstərir ki, Rüstəm İbrahimbəyov indiyə qədər Azərbaycan Konstitusiyasını və "Vətəndaşlıq haqqında" qanunu pozub. Çünki , Azərbaycanda ikili vətəndaşlıq institutu yoxdur.
Digər ölkələrin vətəndaşlığını qəbul edən şəxs avtomatik surətdə Azərbaycan vətəndaşlığından imtina etməlidir. R.İbrahimbəyov isə bunu etməyərək qanunu pozmuşdur. Əgər o indiyə qədər Rusiya vətəndaşı idi isə şübhəsiz ki, Rusiya qarşısında vətəndaş kimi öhdəliklərini yerinə yetirirdi, vergi ödəyirdi, seçkilərdə iştirak edirdi və s.
Azərbaycan Konstitusiyasına görə digər ölkə qarısında öhdəlikləri olan şəxs seçkilərdə namizəd ola bilməz.
Rüstəm İbrahimbəyov müstəqillik illərində Azərbaycanda çox nadir hallarda görünüb. Bu baxımdan onun Azərbaycan vətəndaşı kimi seçkilərdə iştirakı, vergi ödəməsi, həmçinin Azərbaycan dövlət quruculuğuna töhvəsinin özü çox böyük sual doğurur.
Bu hal Rüstəm İbrahimbəyovun Kontitustiya və qanunlara, vətəndaş kimi üzərinə düşən öhdəliklərə hörmətsizliyidir. Radikal müxalifətin vahid namizədi kimi ortaya çıxan Rüstəm İbrahimbəyovun indidən qanunlara, vətəndaş kimi öhdəliklərə sayğısız yanaşdığı üzə çıxır.
Bir müəddət əvvəl o işğal edilmiş ərzilərimizin hərbi yolla azad ediməsini cinayət adlandırmışdı, indi onun ikili vətəndaşlığı üzə çıxır, belə gedərsə vahid namizədin digər özəllikləri barədə də məlumatlar gözləniləndir.