İKT sahəsində yeni əlaqələr

6 İyul 2013 11:39 (UTC+04:00)

Bu gün Xəzər Universitetində Gürcüstan Universitetinin "UG-Group"u və Azərbaycanın təhsil portalı olan "İlk Addımlar"ın təşkilatçılığı ilə web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, iki gün davam edəcək konfrans beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürülməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirmək, yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə web inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını tanıtmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

Tədbirdə Gürcüstanda və Azərbaycanda əldə olunan İKT yenilikləri barədə məlumat verilib, yeni texnologiyaların istifadəsi, internet proqramlarının yaradılması üsulları haqqında məruzələr dinlənilib.

Qeyd edək ki, Azərbaycan tərəfindən yerli şirkətlərin və rəsmi qurumların biganə yanaşmadığı konfransda dünyaca məhşur İKT şirkətlərinin rəsmi nümayəndələri, ekspertlər iştirak ediblər. Tədbirdə layihələrin öz məhsullarını iştirakçılara təqdim etmələri üçün sərgi təşkil olunub.