6.2 bal gücündə zəlzələ baş verdi

2 İyul 2013 13:38 (UTC+04:00)

İndoneziyanın qərbində yerləşən Açe bölgəsinin Benermeriah mahalında 6.2 gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ yerli saatla 14.37 –də qeydə alınıb. İndoneziya Zəlzələ Təşkilatı tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində hər hansı bir sunami faktı aşkarlanmayıb.

Qeyd edək ki, zəlzələ zamanı ölən və yaralananların olması barədə açıqlama verilməyib.