Bu axşam futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına start veriləcək. Siasport.az saytı xəbər verir ki, təmsilçilərimiz - "Qarabağ" - "Xəzər Lənkəran"ın oyunları ilə yanaşı, bu gün daha iki görüş baş tutacaq. Estoniyanın "Trans Narva" klubu doğma meydanda İsveç "Qefle"si ilə qarşılaşacaq. Estoniyanın digər təmsilçisi "Levadiya" klubu Uelsdə "Bala Taun"un qonağı olacaq. Qeyd edək ki, bu komandalar arasında cavab oyunları iyulun 11-də keçiriləcək.
2 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin oyunları
20:45. "Metallurq" (Makedoniya) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Lars Kristoffersen (Danimarka)
Skopye. "II Filip" stadionu.
20:45. "Slima" (Malta) – Xəzər Lənkəran (Azərbaycan)
Baş hakim: Eiko Saar (Estoniya)
"Ta Qali" stadionu.
21:00. "Trans Narva" (Estoniya) - "Qefle" (İsveç)
23:00. "Bala Taun" (Uels) - "Levadiya" (Tallin, Estoniya)