Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. SİA sərəncamın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:
Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
Novruzov Səbuhi Məhərrəm oğlu - Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini
Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi.