Bakıda DGTYB-nin toplantısı keçiriləcək

29 İyun 2013 14:27 (UTC+04:00)

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Türk Dünyası Gənc Yazarların Bakı toplantısı" la­yihəsi, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Başqurditsan, Çuvaşıstan, Qaqauz Yeri və Kırımdan, habelə, Almaniyadan, Rusiyanın Moskva və Sank-Peterburq şəhər­lərindən gəlmiş yazarların iştirakı ilə 2013-cü il, iyulun 1-dən 4-dək gerçəkləşdiriləcək.

SİA-nın məlumatına görə, ilk gün, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi və "Güllələnmiş hey­kələr"i ziyarət edən yazarlar, daha sonra bir sıra redak­siyalarda görüşləri nəzərdə tutulub.

Tədbirin təntənəli açılış mərasimi isə "DGTYB – 15: Ödül törəni və Türk Dünyası Şeir Axşamı" adı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında gerçəkləşəcək.

İkinci gün, AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyi ilə tanış olacaq qonaqlar, sonra Azərbaycanda Atatürk Mərkəzində "Addım-addım Türk Dünyası" kitabının təqdimatında iştirak edəcək.

Nahardan sonra isə Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Qərargahında DGTYB Hesabat-seçki Qurultayı keçiriləcək.

Toplantının 3-cü – sonuncu günü, DGTYB Hesabat-Seçki Qurultayının davamı (Azər­baycanda Atatürk Mərkəzi) baş tutacaq;"Azərbaycan Dil Qurumu" İB-də, Azərbaycan Yazıçılar Birliyində görüşlər keçirəcək Toplantı iştirakçıları, daha sonra Nazirlər Kabinetində Baş nazirin müavini Elçin Əfəndiyev tərəfindən qəbul olunacaq.