Ersun Yanal "Fənərbaxça"nın yeni baş məşqçisi oldu

28 İyun 2013 16:18 (UTC+04:00)

İstanbulun "Fənərbaxça" futbol klubu, yeni baş məşqçisini rəsmən elan edib. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, İstanbul klubu Aykut Kocamanın boş qalan kreslosuna Ersun Yanalı gətirib. "Fənərəbaxça"nın rəsmi saytında elan olunan xəbərdə deyilir ki, "sarı lacivərtlilər" E.Yanal ilə 1 illik müqavilə imzalayıblar.