Sumqayıt daha bir milli üzvünü transfer edir

25 İyun 2013 13:20 (UTC+04:00)

"Sumqayıt" Azərbaycan yığmasının daha bir futbolçusunu heyətinə qatmağa hazırlaşır.

Siasport xəbər verir ki, gənclik şəhərinin təmsilçisi Aleksandr Çertoqanovla danışıqlar aparır.

Tərəflər artıq bu keçidlə bağlı razılığa gəliblər. Yaxın günlərdə rəsmi müqaviləyə imza atılması gözlənilir.

Qeyd edək ki, Çertoqanov son olaraq "Qəbələ"də çıxış edib.