Türkiyədə keçiriləcək 20 yaşlı futbolçulardan ibarət dünya çempionatının açılış matçının hakim təyinatları açıqlanıb. Siasport xəbər verir ki, Türkiyədən olan hakimlər yenə iş başında olacaqlar.
Belə ki, FİFA-nın türkiyəli referi Cüneyt Çakıra iyunun 21-də başlayacaq yarışın ilk oyununda – Kuba ilə Cənubi Koreya oyununu idarə etmək tapşırılıb. Ona yan xət referiləri olan Bahattin Duranla Tarik Onqun yardımçı olacaq. 4-cü hakim isə Macarıstan Futbol Federasiyasını təmsil edən Vktor Kaşşaidir.
Kayseri şəhərinin "Kadir Has" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.