Türkiyə demokratik prinsipləri inkişaf etdirir

19 İyun 2013 22:14 (UTC+04:00)

ABŞ Türkiyədəki demokratiyaya inanır. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu ABŞ-ın Ankaradakı səfiri Frensis Rikardone hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi ilə bir sıra görüşlər keçirdikdən sonra deyib.

Rikardone bildirib: "ABŞ ümid edir ki, Türkiyə demokratik prinsipləri inkişaf etdirir və bu məsələdə Ankaraya həmişə kömək etməyə hazırdır".

Onun sözlərinə görə, Türkiyə xarici turist və investorlar üçün təhlükəsiz ölkədir.