"Təəssüflər olsun ki, erməni təbliğatı Ermənistan ərazisinə çevrilmiş Azərbaycan torpaqlarının tarixən onlara mənsub olduğuna dair yalanlar uydurub. Bizim başlıca vəzifəmiz erməni yalanlarını faş etməkdən ibarətdir". Bu fikirləri Musa Urudun müəllifi olduğu "Zəngəzur toponimləri" kitabının təqdimatı zamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
YAP sədr müavini bildirib ki, bu istiqamətdə Azərbaycan tarixçiləri və ziyalıları tərəfindən aparılan işlər uğurla nəticələnəcək: ""Zəngəzur toponimləri" kitabı həm tarixi, həm ideoloji, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu kitabda təqdim olunan toponimlər birmənalı şəkildə sübuta yetirir ki, indiki Ermənistan dövlətinin mövcud olduğu torpaqlar Azərbaycana məxsusdur. Sonralar ya torpaqlarımız işğal olunub, ya da erməni dövlətinin formalaşdırılması üçün onlara verilib. Amma tarixin təkrar olunmaq kimi bir xüsusiyyəti var. Bu mənada tarix həqiqəti ortaya çıxaracaq. "Zəngəzur toponimləri" kitabında yazılanlar gənc nəslin yaddaşına həkk olunmalıdır. Bizim müqəddəs vəzifəmiz ondan ibarətdir ki, nə zaman olur olsun həmin torpaqlara qayıdaq. Bu qayıdışı həyata keçirmək üçün ilk növbədə yaddaşlarımızda o torpaqların bizim oldumu möhkəm yer tutmalıdır".