Sabah Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Siasport xəbər verir ki, yarışda Azərbaycanın veteran idmançıları da mübarizə aparacaqlar.
Səfərə yollanan heyətə kifayət qədər titullu cüdoçularımızdan Zülfiyyə Hüseynova (70 kq), Elçin Mayılov (60 kq), Rəsul Səlimov (100 kq), Tərlan Poladov (81 kq), habelə Milli Məclisin deputatı Adil Əliyev (81 kq) daxildir. Ümumilikdə isə yığmamız Avropa çempionatında 22 idmançı ilə təmsil olunacaq.