Qənirə Paşayeva magistrlara möhlət hüququnun verilməsini istədi

13 İyun 2013 13:37 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə toxunub. SİA-nın məlumatına görə, o çıxışı zamanı bildirib ki, 2012-2013-cü tədris ili başa çatır, məsələyə baxılmalıdır.

"Zaman-zaman magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı fikirlər səsləndirilir. Amma bu məsələ tam dəqiqləşməyib və tədris ili başa çatdığından magistrlar narahatdırlar. Onlar dövlətə müraciət edirlər ki, bu məsələ nə yerdə qalacaq və sonu necə olacaq? Hesab edirəm ki, problem mütləq öz həllini tapmalı və onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir",- deyə Q. Paşayeva fikirlərinə əlavə edib.