15 yaşlı qız ev yardı FOTO

11 İyun 2013 16:44 (UTC+04:00)

Göygöl rayonunun Topalhəsənli kəndində Sahib Cəfərovun mənzilini qarət edən15 yaşlı Musayeva Səma Arif qızı həbs olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ilkin dindirilmə zamanı təqsirləndirilən şəxs cinayəti boynuna alıb.

Qeyd edək ki, saxlanılan şəxs mənzildən qızıl-zinət əşyaları və pul aparıb.

İlham Məmmədov