Əfqanıstan Azərbaycanın elektron hökumət təcrübəsini öyrənir

11 İyun 2013 13:19 (UTC+04:00)

Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Yardım Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə "Əfqanıstan höküməti Elektron-idarəçilik sahəsində Azərbaycanın təcrübəsini böyük inkişaf modeli kimi görür" mövzusunda Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri açıq elan edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkədə elektron hökumət portalı fəaliyyətdədir və gündən-günə onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Azərbaycan bu sahədə model olaraq çıxış edir.

Görüş zamanı layihələrin təqdimatı və müzakirəsi həyata keçirilib.

Qeyd edək ki, Əfqanıstan İslam Respublikası hökumətinin kommunikasiya və informasiya texnologiyaları naziri cənab Əmirzai Sanginin başçılıq etdiyi və əksəriyyəti nazir müavini səviyyəsində olan 26 dövlət rəsmisindən ibarət nümayəndə heyətinin 9-15 iyun tarixlərində dövlət qurumlarında və İctimai xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.