İmtahan nəticələri açıqlandı

6 İyun 2013 09:37 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IX siniflər üzrə keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Komissiyadan SİA-ya verilən məlumata görə, iyunun 2-də keçirilən imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Şagirdlər http://tqdk.gov.az/netorta9/ linkə daxil olmaqla imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.