Dünyanın ən qabaqcıl iki SİM-kartlı smartfonu təqdim olunub

5 İyun 2013 12:55 (UTC+04:00)

HTC şirkəti öz flaqmanı olan "HTC One" smartfonunun iki aktiv SİM-kartı dəstəkləyən versiyasını təqdim edib. SİA-ya verilən məlumata görə, "HTC One" Dual Sim smartfonunda "HTC One" da özünü dogrultmuş innovasiyalı funksiyalar gerçəkləşdirilib - HTC Sense-in son versiyası bazasında HTC BlinkFeed, HTC Zoe və HTC BoomSound. Smartfon 64 GB-dək MicroSD kartlarını dəstəkləyir.

"HTC One" Dual Sim smartfonu iki SİM-kartın təmin etdiyi rahatlığı, qabaqcıl interfeys funksiyalarını və genişləndirilmiş məlumat saxlama imkanlarını özündə birləşdirir. Flaqmanımızdan irsən keçmiş aparat və dizayner həlləri ilə birlikdə bu cür xarakteristikalar "HTC One" Dual Sim smartfonunu ən tələbkar istifadəçilərin təbii seçiminə çevirir" - deyə, HTC-nin Rusiya və MDB ölkələrindəki nümayəndəliyinin rəhbəri Andrey Kormiltsev qeyd edib.

"HTC BlinkFeed" – "HTC One" Dual Sim smartfonunun əsas ekranını istifadəçinin istəklərinə əsasən sazlana bilən nadir xəbər xəttinə çevirən inqilabi funksiyadır. Sosial şəbəkələrdə baş verən yeniliklər, xəbərlər, əyləncə anonsları, şəkillər və bildirişləri proqram və vebsaytlara daxil olmadan yalnız bir nəzərlə əhatə etmək olar. HTC BlinkFeed üçün kontent dünyanın 1400 çox mediamənbələrindən daxil olur.

AOL, ESPN, MTV, Vice Media, CoolHunting, Reuters, RİA Novosti, Vesti, RussiaToday, Hi-Tech.Mail.Ru, Gazeta.ru və dünyanın bir çox digər aparıcı media mənbələrindən hər gün 10 min məqalə daxil olur.

"HTC UltraPixel" innovasiya kamerası şəkillərdə əks olunmuş sevdiyiniz anları daha da asan və sürətlə bölüşməyə imkan verir. Xüsusi HTC Zoe rejimi sayəsində yüksək icazəli foto və video çəkilişi 3-saniyəlik fraqmentlər şəklində aparmaq mümkündür. Çəkilmiş materiallar Qalereyada "canlanır" və onu unudulmaz anların canlı kino lentinə çevirir. HTC Zoe funksiyası şəkil və videoçarxlardan musiqili, peşəkar montajlı, keçidli və xüsusi effektli filmlər yaradır. Həmin filmləri asanlıqla dəyişmək, sosial şəbəkələrdə və ya digər xidmətlərin yardımıla bölüşmək, müxtəlif mövzular qoymaq, elektron poçtla dostlarınıza göndərmək mümkündür. "HTC UltraPixel" kamerasının digər imkanları: dairəvi panoramaların yaradılması rejimi, hərəkət edən obyektin çəkilməsi zamanı bir neçə kadrların birləşdirilməsi üçün alətlər və şəkillərdən arzuolunmaz obyektlərin silinməsi. Ön paneldəki genişbucaqlı kamera 1080p formatında videoçəkilişi dəstəkləyir və bir toxunuşla mükəmməl avtoportretlərə çıxış açır.

Smartfonda HTC BoomSound adı altında birləşdirilmiş bir sıra audioimkanlar mövcuddur. Beats Audio texnologiyası, yüksək keyfiyyətli gücləndiricilər və ön stereodinamiklər güclü və aydın səsin çıxmasını təmin edir. Bundan əlavə, HTC One Dual Sim smartfonu HTC Sense Voice funksiyasına malikdir: telefon danışıqları zamanı həmsöhbətin səsi hətta səs-küylü mühitdə belə çox aydın eşidilir.

HTC Sense TV funksiyası ilə HTC One Dual Sim istifadəçiləri, demək olar ki, hər televizor, kabel TV cihazı və ya ev kinoteatrı ilə uyğun olan interaktiv telebələdçi və idarə pultunu əldə edirlər. Sense TV funksiyası sevdiyiniz televerilişin və ya filmin axtarış prosesini asanlaşdırır və onu çox anlaşılan edir.

"HTC One" Dual Sim smartfonu metal korpusda hazırlanıb və nəcib gümüş və ya klassik qara rənglərdə təchiz edilir. Smartfon zərbələrə davamlı 468ppi-lıq yüksək icazəli 4,7-düymlük Full HD (1080p) ekranı ilə təchiz olunub.