Elariz Məmmədoğlu müğənniliyin "daşını atır"?

5 İyun 2013 12:41 (UTC+04:00)

Azərbaycanın şou-biznes nümayəndəsi Elariz Məmmədoğlunun müğənniliklə yanaşı, digər bacarığı da ortaya çıxıb. Məmmədoğlu mahnı yazıb, bəstələməyə başlayıb. Bu haqda SİA-ya açıqlama verən Elariz "Ceyran" adlı mahnısını özü ərsəyə gətirdiyini xüsusilə diqqətə çatdırıb: "Yaxın vaxtlarda "Ceyran" adlı mahnım işıq üzü gördü. Həmin mahnının sözləri və musiqisi mənə məxsusdur. Artıq musiqilərimin əksəriyyətini özüm ərsəyə gətirməyi planlaşdırıram. Hətta onu da deyim ki, bəzi sənət dotlarım məndən mahnı yazmağımı da xahiş ediblər".