Cihan Özkara millidən kənarlaşdırıldı

3 İyun 2013 13:00 (UTC+04:00)

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan millimizin heyətində dəyişiklik baş verib.

Siasport xəbər verir ki, zədəli olduğu üçün Cihan Özkara ("Sivasspor", Türkiyə) bu gündən etibarən millinin toplanışında iştirak etməyəcək.