"Avqust ayında Yasamal rayonunda 3 saylı "Asan xidmət" mərkəzi açılacaq". Bunu SİA-ya açıqlamasında Asan xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib. O, bildirib ki, iyunun 5-də Xətai rayonunda 2 saylı "Asan xidmət" mərkəzi fəaliyyətə başlayacaq ki, o da paytaxtın üç rayonunu əhatə edəcək: "Həmçinin Sabunçu rayonunda cari ilin sonunda 4 saylı "Asan xidmət" mərkəzi fəaliyyətə başlayacaq. Avqust ayında isə Gəncə şəhərində "Asan xidmət" in regional mərkəzi açılacaq. Bu mərkəz Gəncə və ətraf rayonlar üzrə fəaliyyət göstərəcək".
Nərmin Nəsirli