Düşmən cavab atəşi ilə susduruldu

1 İyun 2013 09:46 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnosesk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə düşmən cavab atəşi ilə susdurulub.