"Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu yüksək səviyyədə təşkil olunub. Bunu Forumun iştirakçısı Carey Cavanauf deyib.
Bildirib ki, tədbirdə Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, enerji təhlükəsizliyi məsələləri müzakirə olunur: "Forumda bir sıra nüfuzlu dövlət xadimləri iştirak edir. Düşünürəm ki, bu, eyni zamanda, Azərbaycan haqqında daha çox məlumat almaq, təəssürat qazanmaq baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan çox sürətlə inkişaf edir. ABŞ və Azərbaycan arasında hər sahədə tərəfdaşlıq yüksək səviyyədədir".