Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti 21 may 2013-cü il tarixindən etibarən bütün yeni və cari CİN abunəçiləri üçün tam yeni bir tarif planını təqdim edir.
"Gün boyu 0" adlanan yeni tarif paketi istifadəçilərə səhər saat 08:00-dan axşam saat 18:00-dək Bakcell şəbəkəsi daxilində dəqiqəsi 0 AZN qiyməti ilə limitsiz danışmaq imkanını verir. Gün boyu limitsiz danışmaq üçün gündə sadəcə 0.29 AZN ödəmək lazımdır.
Axşam saat 18:00-dan sonra edilən şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpik təşkil edəcək. Şəhər nömrələrinə və digər operatorların nömrələrinə edilən zənglərin 1 dəqiqəsinin qiyməti isə günün 24 saatı ərzində 9 qəpik təşkil edəcəkdir.
Tarifə qoşulmaq üçün *138#9#YES yığın. Tarif haqqında daha ətraflı məlumat əldə etmək üçün 5509 qısa nömrəsinə zəng edin və ya pulsuz SMS göndərin.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, cid:[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.