“Qarabağ” dörd futbolçu ilə yolları ayırdı

20 May 2013 15:19 (UTC+04:00)

Mövsümü başa vuran "Qarabağ" islahatlara start verib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Siasport-a xəbər verir ki, argentinalı Kristian Torres, start heyətində möhkəmlənə bilməyən Elnur Abdulov, Zaur Həşimov və Emin İmaməliyevlə müqavilənin uzadılmaması qərarı alınıb.