Üç istiqamətdən ordumuz atəşə tutulub

20 May 2013 09:51 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.