Şimali Koreya növbəti uçuşu həyata keçirib

20 May 2013 07:16 (UTC+04:00)

Şimali Koreya bazar günü kiçik mənzilli raketin növbəti uçuşunu həyata keçirib. Bu barədə SİA Cənubi Koreyanın Renxap agentliyinə istinadən məlumat verir.

Güman edilir ki, raket günün ikinci yarısında ölkənin şərq sahilindən buraxılıb və Yapon dənizinə düşüb.

Raketin tipi və buraxılmasının dəqiq vaxtı barədə məlumat verilmir.