“Fəal ailəm, Sağlam aləm”

17 May 2013 12:47 (UTC+04:00)

20 may 2013-cü il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə "Fəal ailəm, Sağlam aləm" layihəsinin təqdimatı keçiriləcək.Siasport xəbər verir ki,layihənin təqdimat mərasimi 20 may 2013-cü il tarixində saat 17.00-da başlayacaq və bir saat davam edəcək. Tədbirdə dövlət rəsmiləri, Coca-Cola şirkətinin nümayəndələri, layihənin rəmzi səfirləri və yerli mətbuat orqanlarını təmsil edəcək şəxslər iştirak edəcək.