Azərbaycan finalda 20-ci çıxış edəcək SİYAHI

17 May 2013 11:02 (UTC+04:00)

Dünən İsveçin Malmö şəhərində keçirilən "Eurovision- 2013" mahnı müsabiqəsinin II yarımfinalından sonra finala keçən ölkələrin mətbuat konfransı olub. SİA-nın məlumatına görə, mətbuat konfransında finala vəsiqə qazanan ölkələr sevinclərini bölüşüblər.

Finala vəsiqə qazanan ölkələr arasında Azərbaycan da olub. Təmsilçimiz mətbuat konfransında bildirib ki, səhnəyə çıxanda hər zaman özünə qapanır və yalnız öz dünyasında olur: "Yarımfinaldakı çıxışımdan əvvəldə eyni hisslər keçirdim. Finalda da heç bir şey haqqında düşünüməyəcəm, yalnız gözəl ifa nümayiş etdirmək, ölkəmi layiqincə təmsil etmək üçün çalışacam".

"Bəlkə Eurovision yarışmasını Odlar Yurduna geri qaytaraq?" sualına cavab olaraq isə təmsilçimiz "Eurovision Odlar Yurduna qaytarmaq fikri heç də pis fikir deyil. Niyə də olmasın? Biz hər zaman buna hazırıq. Mayın 18-də finalda da layiqli çıxış etməyim üçün var gücümlə çalışacam".

Finlandiya təmsilçisinin Fərid Məmmədova mətbuat konfransında öz yarışma mahnısına uyğun olaraq "Marry me" ("Mənimlə evlənərsən") deməsinə, Fərid də biganə qalmayıb və "əgər məni tutarsansa evlənərəm" ("Hold me") cavabını verib.

Qeyd edək ki, mətbuat konfransında həmçinin ölkələrin finalda neçənci nömrə altında çıxış edəcəkləri də məlum olub. Azərbaycan finalda səhnəyə 20-ci çıxacaq. Digər 25 iştirakçının sıra nöməsi isə aşağıdakı kimidir:

1. Fransa

2. Litva

3. Moldova

4. Finlandiya

5. İspaniya

6. Belçika

7. Estoniya

8. Belarus

9. Malta

10. Rusiya

11. Almaniya

12. Ermənistan

13. Niderland

14. Rumıniya

15. Böyük Britaniya

16. İsveç

17. Macarıstan

18. Danimarka

19. İslandiya

20. Azərbaycan

21. Yunanıstan

22. Ukrayna

23. İtaliya

24. Norveç

25. Gürcüstan

26. İrlandiya.