Bu gün üçün hava şəraiti haqqında məlumat

17 May 2013 00:35 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı vardır.

Temperatur gecə 10-15°, gündüz 16-21° isti olacaqdır.

Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 6-11°, gündüz 18-23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.

Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.

Temperatur gecə 6-11°, gündüz 16-21° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 11-16°, gündüz 18-23° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.