İngiltərə və dünya futbolunun canlı əfsanələrindən olan Devid Bekhem futbolçu karyerasını başa vurduğunu elan edib. Siasport.az saytı İngiltərənin "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 20 illik futbolçu karyerası ərzində İngiltərə millisi, "Mançester Yunayted", "Real" kimi komandalarda oynayan D.Bekhem İspaniyadan sonra karyerasını ABŞ-ın "Los Anceles Qelaksi" klubunda davam etdirib. Bu ilin yanvarında isə o, PSJ-yə keçib və bu mövsüm Fransa çempionu adını qazanıb. D.Bekhem karyerasını başa vurmaq üçün ən doğru zamanın gəldiyini deyib: "Bütün komanda yoldaşlarıma, öyrənməkdən zövq aldığım baş məşqçilərimə təşəkkürümü bildirirəm. Ayrıca indiyə kimi mənə ən böyük dəstək olan azarkeşlərə də təşəkkür edirəm".