Milli QHT Forumu "Regionlarda sosial iqtisadi inkişaf proqramına dəstək" layihəsinə start verdi. SİA-ya verilən məlumata görə, layihə regionlarda gənc biznesmenlərin, biznesini artırmaq istəyənlərin, biznes-etikası, PR bank prioritetləri üzrə maarifləndirilməsinə yönəldilib. Layihənin tərəfdaşı "Access Bank"dır.
Təlimlər 17-18 may 2013-cü il tarixlərində Milli QHT Forumunun Şəmkir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində 25 nəfər iş adamına keçiriləcək. Layihənin rəhbəri Milli QHT Forumunun İcraçı direktoru Günel İbrahimdir.
Qeyd edək ki, təlimlərə AGAT ekspertləri və "Access Bank"-ın mütəxəssisləri cəlb olunub.