17 may 2013-cü il tarixində TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məqsədilə TÜRKPA Baş Katib Ramil Həsənovun Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekovla görüşü nəzərdə tutulub. SİA-ya verilən məlumata görə, görüşdə TÜRKPA-nın fəaliyyəti, Beynəlxalq Katiblik tərəfindən il ərzində görülmüş işlər, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr və gələcək planların müzakirə edilməsi planlaşdırılır. Eyni zamanda 10-12 iyun 2013-cü il tarixində Ankara şəhərində keçiriləcək TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq prosesi ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, səfərdə TÜRKPA Baş katibini təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcək.