Mağazalara silahlı hücum olub

15 May 2013 10:39 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda şərab mağazalarına silahlı hücum təşkil edilib. SİA-xəbər verir ki, hücum nəticəsində 11 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Bağdad polisinin məlumatına görə, hadisə təxribat xarakterli olmayıb. Mağazalara hücum edənlər sadəcə küçə oğruları olub.

Qeyd edək ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.