Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 13-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.
Qeyd edək ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.