Pakistanın şərqində yerləşən Lahor şəhərində 9 mərtəbəli binada yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər yanğını 24 saata söndürə biliblər. Hadisə nəticəsində 5 nəfər özünü binadan atıb, 17 nəfər isə yanaraq ölüb.
Səlahiyyətli şəxslər binanın birinci mərtəbəsində başlayan yanğına generatorda baş verən qığılcımın səbəb olduğunu deyiblər.