Belçikada yaşayan türkiyəli iş adamları tərəfindən təşkil edilən "Des Etoile Məktəbi"ndə pərəstişkarları ilə görüşmək üçün Belçikaya gedən teatr, kino aktyoru və teleaparıcı Kənan İşıq ölkəyə girişi zamanı sərhəd polisi tərəfindən türk və müsəlman olduğu üçün uzun müddət sorğuya çəkildiyini və nəzarətə alındığını bu sözlərlə dilə gətirib: "Məni yarım saat nəzarətdə saxladılar. Yəni, türkəm deyə, bəlkə də müsəlmanam deyə. Niyə gəldin, hara gəldin, harada qalacaqsan? deyə soruşdular. Niyə gəldimsə gəldim, sənə nə? Bəlkə parkda yatacağam. Mən belə dəyincə adam əsəbiləşdi. Sənə qalacağım oteli söyləməyə məcburam? Bəlkə gedib bəyənməyəcəm o oteli, başqa yerdə qalacam. Yəni, bu, antidemokratiyadır, ayrı seçkilik var və onlar irqçidirlər. Bu, bizdə, yəni qədim Anadolu torpağında olmayan bir şeydir. Sən busan, sən ağsan, ərəbsən, sən kürdsən... Bəlkə də nə vaxtsa olub, amma fitrətimizdə bu yox idi. Biz bütün insanlarla barışıq olan bir xalqıq, çünki Anadolu coğrafiyası torpağı bizə minlərlə ildə bunu öyrətdi".
Justin Bieber polis yoxlamasından belə keçmədi
"Mən bura gəldiyim zaman məni bir sənətçi olaraq nəzarətə aldılar, amma Justin Bieber Türkiyəyə gəldiyində sərhəd nəzarətindən belə keçmədi. Niyə Belçika polisi məni nəzarət altına alıb etibarımı zədələməyə çalışır? Niyə məni etibarsız vəziyyətə salmaq istəyir? Bəlkə də mənim sahib olduqlarıma sahib ola bilmədiklərindəndir", deyə tanınmış aktyor Avropadakı haqsızlıqları dilə gətirib.