İqor Getman "Neftçi" ilə bərabərlikdən danışdı

10 May 2013 08:28 (UTC+04:00)

"Avroliqada iştirak etmək üçün komandamıza nəticə qazanmaq lazım idi".

Siasport xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Neftçi" ilə bərabərə qalan(1:1) "Simurq"un məşqçisi İqor Getman deyib. Apardıqları mübarizəyə görə oyunçularına təşəkkür edən Getman fikrini belə izah edib:

"Komanda sona kimi mübarizə apardı, futbolçularımıza təşəkkürümü bildirirəm."Neftçi" ilə oyunlar həmişə çətin olur, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq".