Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın sabiq Prezidenti Boris Tadiç ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.