Azərbaycanda "Sony Xperia SP" smartfonun satışına başlandı

6 May 2013 13:10 (UTC+04:00)

Bu gün 4G LTE şəbəkə standartlı və məşhur "Sony BRAVİA" texnologiyası əsasında Azərbaycanda 4G LTE şəbəkə standartını dəstəkləyən "Sony Xperia SP" smartfonun satışlarına başlandı. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, "Sony Mobile" şirkətinin bu modelin Azərbaycanda qiyməti 428 manat təşkil edəcək.

"Xperia SP" nin displeyi "Sony BRAVİA" televizorlarının çoxillik hazırlanması təcrübəsi əsasında yaradılıb. 4,6-düymlük Reality Display HD-ekran aydın və parlaq təsvirin ləzzətini çıxarmağa imkan verir. "Mobile BRAVIA Engine" 2 texnologiyası kontentin intellektual təhlili və təsvir parametlərinin avtomatik sazlanması sayəsində təsviri daha da təsirli edir. Sözügedən texnologiya rənglərin nəinki dəqiqliyini, aydınlığını artırır, səs səviyyəsinin azaldır, hətta real zamanda təsvirin kontrastlığını optimallaşdırır. Keyfiyyətli ekrandan başqa "Xperia SP" smartfonu həm də özünün əla dizaynı ilə seçilir. Yüksək dəqiqliklə hazırlanmış alümin çərçivə sayəsində smartfon çox dəbli və möhkəm görsənir.

Smartfon "Google Android" 4.1 (Jelly Bean) əməliyyat sistemi və 1.7 GHz-lıq ikinüvəli Qualcomm MSM8960Pro prosessoru ilə təchiz olunub. Azərbaycanda bu smartfon üç rəngdə satışa çıxarılacaq: qara, qırmızı və ağ. Smartfon daxili yaddaşı 8 GB-dək olur; burada 32 GB-dək microSD kartlardan istifadə etmək olar. GSM şəbəkələrində gözləmə rejimində smartfon 24 gündən çox (635 saata qədər), daim danışıq rejimində isə 10 saat 25 dəqiqəyə qədər işləyə bilər. 39 saat ərzində fasiləsiz musiqiyə qulaq asmaq, 7 saat 36 dəqiqə videoya baxmaq olar.

"Xperia SP" nin əsas göstəriciləri

• Yüksək dəqiqliklər hazırlanmış alümin çərçivə;

• 720p icazəli və "Mobile BRAVIA" Engine 2 texnologiyalı 4,6-düymlük parlaq Reality Display HD-ekranı;

• NFC texnologiyası bazasında kontentin simsiz "bir toxunuş"la ötürülməsi funksiyası təsvirləri ani olaraq televizorun ekranına çıxarmağa və musiqini digər qurğularda dinləməyə imkan verir;

• Veb-səhifələrin və multimedia kontentin ani yüklənməsi üçün 4G LTE standartının dəstəklənməsi;

• Daxil olaq ismarıclar və zənglər haqqında öz rəngini dəyişərək xəbər verən sazlana bilən nadir şəffaf zolaq. O, həmçinin dinlənilən musiqiyə uyğun olaraq da rəng dəyişə bilir;

• Mobil qurğular üçün nəzərdə tutulmuş Exmor RS sensorlu sürətli 8-meqapiksellik kamera. Günün qaranlıq vaxtı və ya parlaq əks işıqda əla şəkillərin çəkilməsi üçün Superior Auto rejimi və HDR-in dəstəklənməsi;

• Avtonom işin vaxtını artırmağa imkan verən STAMİNA enerjiyə qənaət rejimi;

• Üç rəngdə korpus: ağ, qırmızı və qara.

"Xperia SP" smartfonlarında əyləncəli kontentə girişi təmin edən "Sony" multimedia proqramı quraşdırılıb. WALKMAN, "Albom" və "Filmlər" proqramları sayəsində nəinki filmləri izləmək və musiqiyə dinləmək, həm də sevdiyiniz kontentlə ani olaraq bölüşmək olar. WALKMAN pleyeri və "Filmlər" proqramı smartfona yüklənmiş bütün musiqi və videolara girişi təmin edir. Bundan əlavə, WALKMAN və "Albom" proqramı "Facebook" sosial şəbəkəsilə inteqrasiya edilib.

Bu modeldə musiqi və təsvirləri daşınan SRS-BTV5 audiosistem və NFC texnologiyasını dəstəkləyən yeni "BRAVIA" televizorları kimi müxtəlif qurğularda ani olaraq göstərməyə imkan verən "bir toxunuş"la kontentin ötürülməsi funksiyası reallaşdırılıb. Kontent mübadiləsi simsiz həyata keçirilir və qurğunun əvvəlcədən sazlanmasını tələb etmir.