Türkiyənin məhşur müğənnisi Kənan Doğulu media mənsublarına maraqlı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlər sənətçiyə "Sevgiliniz Beren Saati qısqanırmısınız"-sualına fərqli cavab verib: "Beren Avropanın ən yaxşı aktrisasıdır. Mən onunla fəxr edirəm. Sevinirəm ki, bir çox xasiyyətlərimiz də üst-üstə düşür. Heç birimiz gecə həyatını bəyənmirik. Ancaq harasa çağırırlarsa, o zaman məcburən gedirik. Boş vaxtlarımızı isə birlikdə evdə keçirməyi daha çox xoşlayırıq".
Qeyd edək ki, müğənni Kənan Doğlu, sevgilisi aktrisa Beren Saatlə yaxın vaxtlarda evələnəcəyini də bildirib.
Zaurə Əmirova