Nazir Hindistan və Şri-Lankaya səfər edəcək

2 May 2013 15:25 (UTC+04:00)

Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Hindistan və Şri-Lankaya səfər edəcək. XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə ediləcək.