Dünən media və YAP rayon təşkilatı arasında keçirilən futbol turnirinin 1/4 final mərhələsinə start verilib. Siasport idman portalının məlumatına görə, günün ilk oyunu YAP Sumqayıt şəhər təşkilatı – YAP Səbail rayon təşkilatı qarşılaşması olub. Maçtda YAP Sumqayıt şəhər təşkilatı rəqibini qol yağışına tutub. Oyunun birinci hissəsi sumqayıtlıların 3:0-lıq qələbəsi ilə başa çatıb. İkinci hissədə də YAP Sumqayıt şəhər təşkilatı komandası üstünlüyü daha da artırıb. İkinci hissədə adı çəkilən komanda daha 5 qol vurmağa nail olub. Qarşılaşma 8:0 hesabı ilə YAP Sumqayıt komandasının xeyirinə başa çatıb.
Günün ikinci qarşılaşması isə SİA – YAP Nərimanov rayon təşkilatı arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi YAP Nərimanov rayon təşkilatı komandası olub. İlk hissədə media nümayəndələri hücumda daha çox oynayan tərəf olub. Buna baxmayaraq rəqib əks hücumlardan yararlana biliblər. Birinci hissə YAP Nərimanov rayon təşkilatı komandasının əks hücumda vurduğu yeganə qolla başa çatıb. Oyunun ikinci hissəsində də topa daha çox sahib olma jurnalistlərin aktivində olsada rəqib komanda yenə əks hücumlardan daha yaxşı yararlana bilib. Matçın sonlarına yaxın YAP Nərimanov rayon təşkilatı komandası 2 qol vurmağa nail olub. Qarşılaşma 0:3 hesabı ilə başa çatıb.
Günün son - YAP Sabunçu rayon təşkilatı – AzTV oyunu isə keçirilməyib. Buna səbəb media nümayəndələrinin oyunda iştirak etməməsi olub. Belə olduqda YAP Sabunçu rayon təşkilatı komandasına texniki qalibiyyət verilib.