YAP Ağdaş rayon təşkilatı üçün yeni bina tikilir

28 Aprel 2013 22:37 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatı üçün yeni inzibati bina inşa olunur.

Ümumi sahəsi 480 kvadratmetr olan bina ikimərtəbəlidir. Binada hörgü işləri başa çatdırılmış, dam örtüyü, qapı-pəncərələr quraşdırılıb.

Müasir memarlıq üslubunda tikilən inzibati binada təşkilatın normal fəaliyyəti üçün bütün lazımı şərait olacaq.