Vaxtilə Azərbaycan çempionatında İmişlinin "MKT Araz" adlı futbol klubu mübarizə aparıb. Siasport idman portalının Sportal.az-a istinadən verdiyi məlumata görə, "MKT Araz" futbol klubu gələn mövsümdən yenidən Azərbaycan futboluna qayıdacaq. Komanda birinci divizionda fəaliyyətini bərpa edib, oyunlar keçirəcək.
Xatırladaq ki, məlum səbəblərdən bu klub fəaliyyətini dayandırıb.