Müsəlmanları yandırdılar, polislərsə izlədi

23 Aprel 2013 14:50 (UTC+04:00)

BBC buddistlərin Myanmada azlıq təşkil edən müsəlmanlara hücum etdiyi zaman hadisəyə polislərin müdaxilə etmədən izlədiyini göstərən görüntülər nümayiş etdirib. SİA türk mətbuatına istinadən xəbər verir ki, BBC-nın yayımladığı və Meiktila qəsəbəsində polislər tərəfindən çəkilən kadrlarda buddistlərin müsəlmanlara məxsus evlərə hücum edərək yandırdıqları əks olunub. Həmçinin görüntülərdə bir müsəlmanın üzərinə benzin tökülərək yandırıldığı da nümayiş etdirilib.

Digər bir kadrda isə buddist rahibin məhz müsəlman olduğuna görə uşaqları döydüyü, daha sonra qılıncla uşaqları doğradığı göstərilib. Dəhşətlisi isə bütün bu hadisələr baş verərkən Myanma polisinin hadisəyə müdaxilə etməməsi, baş verənləri sadəcə izləməsi olub.

Qeyd edək ki, mart ayının 20-də baş verən hadisədə 43 müsəlman vəhşicəsinə öldürülüb.