DSX ilə AB-nin Sərhəd Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 Aprel 2013 13:41 (UTC+04:00)

Bu gün Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyin (Frontex) Varşavada yerləşən baş qərargahında Azərbaycan Dövlət Sərhəd Xidməti və Frontex arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə "Frontex"in rəsmi saytı məlumat verib.

Müqaviləni DSX rəisi, general-leytenant Elçin Quliyev və Agentliyin icraçı direktoru İlkka Laytinen imzalayıblar.

Müqaviləyə əsasən, iki qurum məlumatların mübadiləsi, risklərin təhlili, sərhədlərin idarə edilməsi üzrə təlimlərin və elmi-tədqiqat işlərin aparılması, texniki imkanların artırılması sahələri üzrə əməkdaşlıq edəcəklər. Sənədin əsas məqsədi isə Avropa Birliyi üzv dövlətlərin və Azərbaycanın sərhəd mühafizəsi üzrə qurumlar arasında əməkdaşlığı daha da inkişaf etməkdir.

Bu Frontex və Avropa Birliyinə daxil olmayan ölkələr arasında imzalanmış sayca 18 əməkdaşlıq müqaviləsi olacaq.