Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası gənclər birlikləri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş şahmat turniri keçirilir. Siasport idman portalının məlumatına görə, 50-yə yaxın şahmatçının iştirak etdiyi 7 turdan ibarət turnirin birinci mərhələsinə yekun vurulub. Gərgin mübarizə şəraitində keçən birinci turun nəticələrinə görə, Xəzər rayonunun YAP Gənclər Birliyinin kollektivi fəxri kürsünün yüksək pilləsinə qalxıb. Yarışda ikinci yeri Yasamal rayonunun, üçüncü yeri isə Nərimanov rayonunun komandası tutub.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının referisi Vitali Sapronovun idarə etdiyi turnirin ikinci mərhələsi bu gün baş tutacaq. Qaliblər Ulu Öndərin doğum günü ərəfəsində mükafatlandırılacaqlar.