Şəhriyar Məmmədyarov şahmat üzrə ikinci oldu

15 Aprel 2013 16:20 (UTC+04:00)

Rusiyanın Krasnodar vilayətində şahmat üzrə komandalararası çempionat başa çatıb. Siasport idman portalının məlumatına görə, dairəvi sistem üzrə keçirilmiş turnirdə ölkəmizdən Şəhriyar Məmmədyarovun təmsil etdiyi "Malakhit ŞF" komandası çempionatın ikincisi olub.

Qeyd edək ki, "SPb ŞF" kollektivi yarışı birinci sırada başa vurub.