Oyunlar İctimai Televiziyaya verildi

11 Aprel 2013 12:52 (UTC+04:00)

UEFA teleyayım hüququ ilə bağlı yeni qərar qəbul edib. Siasport idman portalının məlumatına görə, UEFA ilə Avropa Yayım İttifaqı arasında anlaşma olub. Anlaşmada bildirilib ki, Avropa Yayım İttifaqı Avro - 2016 futbol oyunlarını tam şəkildə İctimai kanallarda yayımını təmin etməlidir. Müqavilənin şərtləri UEFA- ya daxil olmuş 30 ölkəyə aid edilib. Bu ölkələr arasında Azərbaycan da yer alır. Bu isə o deməkdir ki, artıq növbəti seçmə mərhələdə yığmamızın ev və səfər qarşılaşmaları İctimai Televiziya (İTV) ilə yayımlanacaq.

Qeyd edək ki, DÇ - 2014 seçmə mərhələsinin oyunları "İdman Azərbaycan" və AzTV kanalları vasitəsilə yayımlanır.